Ançelotti: Di Maria rəqabətə dözməlidir
25.07.2014 - 20:25
Ançelotti: Di Maria rəqabətə dözməlidir

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti komandanın transfer kampaniyasından danışıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis argentinalı futbolçu Anxel di Mariyanın da taleyinə toxunub.

 

Ançelotti transfer kampaniyasından razı qaldıqlarını bildirib: “Biz çox gözəl transferlər etmişik. Əla və döyüşkən komandamız var. Ayrı-ayrı futbolçulara gəldikdə… Məsələn, di Mariya. O, “Real”ın futbolçusudur və məşqə qatılmalıdır. Bəli, əsas heyətdə yer tutmaq üçün Kroos və Rodriqeslə mübarizə aparmalıdır. Amma hesab edirəm ki, böyük komandalarda belə rəqabət normaldır. Ötən mövsümün sonunda problemlərimiz vardı. Amma bu yeni iki oyunçu ilə daha döyüşkən komandayıq”.

 

 

0