Droqba: “Çelsi” ilə İstanbula gəlirəm
25.07.2014 - 23:11
Droqba: “Çelsi” ilə İstanbula gəlirəm

 

“Qalatasaray”ın keçmiş oyunçusu Didye Droqba “Çelsi”yə qayıtdığı barədə xəbəri təsdiqləyib. Apasport.az saytının məlumatına görə, futbolçu İstanbul üçün darıxdığını da deyib.

 

Droqba “Çelsi” ilə 2 həftə sonra İstanbula dönəcəyini bildirib: “Soma faciəsi qurbanları üçün “Beşiktaş” və “Fənərbaxça” ilə oynayacağıq. Yenidən İstanbulda olacağım üçün xoşbəxtəm və həyəcanlıyam. “Beşiktaş” və “Fənərbaxça” ilə hazırlıq oyunları keçirəcəyik. “Çelsi” formasında keçmiş rəqiblərimə qarşı oynamaq həyəcanlıdır. “Qalatasaray”a çox təşəkkür edirəm”.

 

 

0