FİFA Argentina yığmasını cərimə etdi
26.07.2014 - 00:46
FİFA Argentina yığmasını cərimə etdi

FİFA Argentina yığmasını 30 min İsveçrə frankı məbləğində cərimələyib və ölkənin Futbol Federasiyasına xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, FİFA sanksiyanı iyunun 7-də Sloveniya yığması ilə yoldaşlıq görüşü zamanı baş verən insidentlə bağlı tətbiq edib.

 

Argentina yığmasının oyunçuları matç zamanı banner qaldırıblar. Bu bannerdə Böyük Britaniya və Argentina arasında mübahisəli ərazi sayılan Malvin adalarının Argentinaya məxsus olduğu yazılıb. FİFA bunu stadionda təhlükəsizlik qaydalarının pozulması kimi qəbul edib. Çünki belə addım FİFA-nın qaydalarına görə “siyasi aksiya” və “komandanın qaydalara zidd hərəkəti” kimi dəyərləndirilir.

 

 

0