Venqer: Mövsüm öncəsi turnelər ziyandır
26.07.2014 - 06:11
Venqer: Mövsüm öncəsi turnelər ziyandır

 

 

“Böyük komandaların mövsüm arası fasilələrdə səyahətləri xeyir gətirmir”. Apasport.az saytının məlumatına görə, bunu “Arsenal”ın baş məşqçisi Arsen Venqer deyib.

 

Hazırda ABŞ-da olan “topçular” “Nyu-York Red Bullz”la yoldaşlıq görüşünə hazırlaşırlar. Oyun bu gün keçirilməlidir. Sonra isə komanda Avstraliyaya yola düşəcək.

 

Venqer belə məşq səyahətlərinin komandanın populyarlığı ilə bağlı olan kommersiya səbəblərindən həyata keçirildiyini vurğulayıb: “Biz əvvəllər heç bir zaman ABŞ-da turnedə olmamışıq. Mən çox sevdiyim Nyu-Yorku ziyarət etməyə şadam. Amma futbol baxımından evdə qalmaq və bu qədər səyahət etməmək lazımdır. Çünki sən vaxt itirirsən. Futbolçular isə saat qurşaqlarının dəyişməsinə görə çətinlik çəkirlər”.

 

 

0