“Sumqayıt” Türkmənistan klubu ilə heç-heçə etdi
26.07.2014 - 09:02
“Sumqayıt” Türkmənistan klubu ilə heç-heçə etdi

Topaz Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşan “Sumqayıt” Türkiyədə növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Türkmənistan təmsilçisi “Altın Asır”la üz-üzə gəlib.

 

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Təmsilçimizin heyətində qolları Məhəmməd Qurbanov (2) və Tərzin Cahangirov vurublar.

 

“Sumqayıt” – “Altın Asır” - 3:3

Qeyd edək ki, “Sumqayıt” Türkiyə toplanışı çərçivəsində ilk hazırlıq matçında “Perspolis”ə 2:3 hesabı ilə məğlub olub, ikinci qarşılaşmasında Özbəkistanın “Bunyodkor”una 1:0 hesabı ilə qalib gəlib. Ardınca isə Batumi “Dinamo”su ilə 2:2 hesablı heç-heçə edib.

0