“Dənizlispor” yenidən yığmamızın sabiq futbolçusunu istəyir - FOTO
26.07.2014 - 09:38
“Dənizlispor” yenidən yığmamızın sabiq futbolçusunu istəyir - FOTO

Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, “Dənizlispor” 29 yaşlı müdafiəçimizin xidmətində maraqlıdır.

 

Türkiyəli həmkarlarımızın yazdıqlarına əsasən, bu komandanın baş məşqçisi Özcan Bizati sabiq futbolçularını yoxladıqdan sonra yekun qərarını verəcək. Çalışdırıcı bildirib ki, son mövsümü “Qəbələ”də keçirən Rail bir müddət öncə əməliyyat olunduğundan yoxlamağa ehtiyac var: “Hər bir futbolçu zədələnə bilər. Məlikov durumunun yaxşı olduğunu deyib. Bir müddət hazırlıqlarımıza qatılacaq. Yaxşı olduğunu görsək, müqavilə bağlayacağıq”.

 

Qeyd edək ki, Məlikov 2012/2013 mövsümündə də “Dənizlispor”un formasını geyinib və bu komandanın heyətində 25 matça çıxıb. Ardınca müqaviləsini qarşılıqlı şəkildə pozan Rail “Qəbələ”yə keçmişdi.

0