[b]Meksika Azərbaycan millisinin yolu ilə getdi[/b]
26.07.2014 - 11:15
[b]Meksika Azərbaycan millisinin yolu ilə getdi[/b]

Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də mübarizə aparacağı mundiala son vəsiqəni Meksika yığması qazanıb.

 

Onlar Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının pley-off mərhələsinin yekununa əsasən “24-lüyə” adlarını yazdırıblar. Meksikalılar son mərhələdə Kosta-Rika, Panama, Nikaraqua və Trinidad və Tobaqodan güclü olublar.

 

Beləliklə, mundialın qrupları aşağıdakı kimidir:

 

A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis
B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan
C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, Meksika
D qrupu: Yaponiya, Çin, Puerto-Rika, Belçika, Kuba, AZƏRBAYCAN

0