“Korintians”ın sabiq futbolçusu AZAL-da
26.07.2014 - 12:03
“Korintians”ın sabiq futbolçusu AZAL-da

AZAL heyəti gücləndirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Türkiyədə hazırlıq keçən Bakı təmsilçisi növbəti transferini gerçəkləşdirib. Məşqçilər korpusunun rəğbətini qazanan braziliyalı Eduardo ilə rəsmi müqavilə imzalanıb.

Tam adı Eduardo da Konseysao Masiel olan hücumçu ilə 2 illik razılıq əldə olunub. Eduardonun 1986-cı ildə Braziliyada – Nova İquasua doğulsa da, hazırda Polşa vətəndaşıdır.

 

27 yaşlı forvardın karyerasına gəlincə, Braziliyanın “Korintians” klubunun yetirməsi doğma vətənində bu klubdan başqa, “Botafoqo”da çıxış edib. Üstəlik, o Yaponiyada “Naqoya Qrampus Eyt”, Almaniyada “Rot Vayss Alen" və “Proyssen TV Verl”, Polşanın “Stomil” klublarının formasını geyib. Sambaçının son klubu isə Liviyanın "Əl-Əhli Aley" komandası olub.

0