[b]Reytinq açıqlandı: Azərbaycan millisi adalar arasında[/b]
26.07.2014 - 13:37
[b]Reytinq açıqlandı: Azərbaycan millisi adalar arasında[/b]

Beynəlxalq Voleybol Federasiyası (FİVB) kişi komandalar arasında Dünya və Avropa Liqasının yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan yığması üçün uğurlu alınmayıb.

Belə ki, qitə liqasında uğursuz çıxış edən kubalı Sillie Tabares Leonardonun rəhbərlik etdiyi komandamız yerində sayıb. Aktivində cəmi 5 xalı olan millimiz 96-112-ci pillələri bölür. Bu yerlərdə yığmamızla yanaşı, Sent Kitts, Dominika adaları, Anguilla adaları, Sent Vinset və Qrenadin, Qrenada, Beliz, Norveç, Britaniya Virgin adaları, Makao, Ekvador, Boliviya, Malavi, Fici adaları, Bermuda, Montserrat və Livan voleybolçuları “məskən” salıblar.  

 

Reytinq cədvəlinə Dünya Liqasının finalında ABŞ-a uduzan Braziliya (345,00) başçılıq edir. İkinci yerdə Rusiya (330), üçüncü pillədə İtaliya (288) qərarlaşıb. Dünya Liqasının qalibi ABŞ (226) isə dördüncüdür.

0