Rəqibimiz çexiyalı hücumçu ilə gücləndi - FOTO
26.07.2014 - 14:23
Rəqibimiz çexiyalı hücumçu ilə gücləndi - FOTO

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində “Azəryol”un rəqibi olan “Nant” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Fransa çempionatının gümüş mükafatçısı Çexiya millisinin hücumçusu Mixaela Dolezalovanı heyətinə qatıb.

 

182 sm boya malik 30 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Azəryol” “Nant”la qrup mərhələsinin ilk və son turunda üz-üzə gələcək.

0