Falkao “Real” üçün maaşından da keçəcək
27.07.2014 - 09:21
Falkao “Real” üçün maaşından da keçəcək

 

“Monako”nun hücumçusu Radamel Falkao “Real Madrid”də oynamaq üçün böyük qurbanlara da gedə bilər. Apasport.az saytının məlumatına görə, “kral klubu” onu transfer etməyə razılıq versə, kolumbiyalı futbolçu maaşının yarısından imtina etməyə hazırdır.

 

Falkaonun məvacibi ildə 14 milyon avro təşkil edir. İddiaya görə, “Real” Falkaonu 12 milyon avroya 1 il müddətinə icarəyə götürmək istəyir. Bu zaman futbolçu satılsa, onu ilk olaraq 33 milyon avroya almaq hüququ “Real”a məxsus olacaq. Amma bu transfer Falkaonun ötən mövsüm aldığı ağır zədəni tam sağalda bildiyi təqdirdə mümkün olacaq.

 

Falkao “Monako”ya ötən yay “Atletiko Madrid”dən keçib. O, fransız klubunun heyətində 19 oyuna çıxıb və 11 qol vurub. Amma yanvar ayında aldığı abır zədə futbolçunun dünya çempionatında iştirakına belə mane olub.

 

 

 

 

0