Runi kapitan olmaq istəyir
27.07.2014 - 12:09
Runi kapitan olmaq istəyir

“Mançester Yunayted”in hücumçusu Ueyn Runi kapitan sarğısının ona tapşırılacağına ümid edir. Apasport.az saytının məlumatına görə, futbolçu kapitan kimi komandanı çempionluğa aparmaq istəyir.

 

Hazırda “MY”nun yeni baş məşqçisi Lui Van Qal kapitanlığa iki futbolçunun – Ueyn Runinin və Robin Van Persinin namizədliyini nəzərdən keçirir.

 

Runi kapitan olmaq istədiyini açıq etiraf edib: “Bəli, kapitan olmaq istəyirəm. Amma bu, məşqçinin qərarıdır, son seçimi də o edir. Güman edirəm ki, o, əvvəlcə bizimlə işləmək, bütün futbolçularla tanış olmaq və sonra kapitanı təyin etmək niyyətindədir. Van Qalın komandaya gələn kimi hansısa oyunçunu göstərəcəyini düşünmürəm. Əminəm ki, bizim hamımızı sınaqdan keçirəcək və bir neçə həftə sonra qərarını açıqlayacaq”.

 

 

0