Maradona: Messi mənim dövrümdə 5 dəfə yaxşı oynayırdı
27.07.2014 - 13:07
Maradona: Messi mənim dövrümdə 5 dəfə yaxşı oynayırdı

 

Argentina yığmasının keçmiş baş məşqçisi Dieqo Maradona ölkə millisinin Braziliyadakı çıxışını tənqid etməkdə davam edir. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu yığmanın baş məşqçisi Alexandro Sabelyanı yenidən tənqid edib.

 

Maradonanın fikrincə, Sabelya millinin kapitanı və lideri Lionel Messinin potensialından istifadə edə bilməyib: “Bu komanda mundialda oynamırdı. Messiyə gəldikdə, o, mənim dövrümdə 5 dəfə yaxşı oynayırdı. Və mənə onun özünü milli komanda üçün qurban verdiyini deməyin! Milli komandaların baş məşqçilərinə gəldikdə… Nə Sabelyadan, nə də Russodan xoşum gəlmir”.

 

 

0