“Qəbələ” “Herenven”lə bacarmadı
28.07.2014 - 09:44
“Qəbələ” “Herenven”lə bacarmadı

"Qəbələ" Hollandiya toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" yerli "Herenven" klubu ilə üz-üzə gəlib.

 

Təmsilçimiz meydançaya aşağıdakı start heyətlə çıxıb: Anar Nəzirov, Nizami Hacıyev, Viktor Mendi, Cavid Hüseynov, Ruslan Abışov, Ruslan Tağızadə, Markinyoş, Adrian Ropotan, Pavol Farkaş, Ürfan Abbasov, Aleksandru Benqa

 

Draxten şəhərində baş tutan oyun şəhər təmsilçisi "Draxster Boys" komandasının stadionunda keçirilib. Şəhər əhalisinin marağına səbəb olan matçı 2000-dən artıq azarkeş izləyib.

 

Matç bərabər mübarizə şəraitində keçib. İlk hissə ərzində hər iki tərəf hesabı açmaq üçün bir neçə əlverişli qol epizodu yaratsa da,  komandalar fasiləyə quru hesabla yollanıblar - 0:0.

 

İkinci hissəyə sürətli hücumlarla başlayan hollandiyalılar 47-ci dəqiqədə hesabda önə

keçiblər. Van den Berq fərqlənib - 1:0. Oyunun qalan dəqiqələrində hesab dəyişməyib və "Qəbələ" Hollandiya toplanışının son oyununda minimal hesabla məğlub olub. 

 

Qeyd edək ki, əyalət təmsilçisi iyulun 27-i səhər məşqi ilə Hollandiya toplanışına yekun vurub və vətənə dönüb. 

 

0