İkinci darmadağın
28.07.2014 - 09:57
İkinci darmadağın

Avstriya çempionatında II turun oyunları keçirilib. Apapsort.az saytının məlumatına görə, Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olan “Zalsburq” növbəti dəfə darmadağına imza atıb.

 

İlk turda adlı-sanlı Vyana “Rapid”ini +6:1 hesabı ilə yenən Adi Hütterin yetirmələri bu dəfə səfərdə coşub. “Zalsburq” “Viener Neuştadt”la qarşılaşmanı da 5 top fərqilə bitirib.

 

“Qarabağ”ın rəqibi bu dəfə quru hesablı qələbə qazanıb – 5:0. “Zalsburq”un qollarını Marsel Sabitzer (15-ci dəq.), Conatan Soriano (47 və 75-p.), Kristian Şviqler (53), Kevin Kempl (55) vurublar. 40-cı dəqiqədə Sadio Mane qırmızı vərəqə aldığından rəqibin də eyni halla üzləşdiyi 74-cü dəqiqəyədək “Zalsburq” azlıqda qalıb. Bu matçı “Qarabağ”ın nümayəndələri də izləyib.

 

Qeyd edək ki, 2 turdan sonra 6 xalı olan “Zalsburq” daha yaxşı top fərqinə (11-1) görə Bundesliqanın lideridir.

0