Ardıcıl 3-cü heç-heçə
28.07.2014 - 10:25
Ardıcıl 3-cü heç-heçə

Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" klubu Klubu Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda sonuncu yoxlama oyununu keçirib.

 

Təmsilçimizəvvəllər "Nebitçi" kimi tanınan indi isə "Balkan" adlandırılan Türkmənistan təmsilçisi ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Sumqayıt"ın yeganə qolunu Məhəmməd Qurbanov vurub. Bununla da sumqayıtlılar ardıcıl 3-cü heç-heçəsini edib.

 

Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Persepolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib, Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb və bundan əvvəlki yoxlama oyunundan "Altın Asır"la sülh bağlayıb (2:2).

 

0