Millimizin mövqeyi dəyişmədi
28.07.2014 - 12:18
Millimizin mövqeyi dəyişmədi

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyul ayının son reytinqində dünyanın 151 yığması yer alıb.

 

Cədvəldə ciddi dəyişiklik qeydə alınmayıb. Bu komandalardan 98-i əsas siyahıya daxil edilib. Digər 53 milli isə son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb. Hesabında 1391 xal olan Azərbaycan yığması siyahıdakı mövqeyini qoruyub. Millimiz ötən reytinq cədvəlində qərarlaşdığı 10-cu pillədə qalıb.

 

İlk “10-luq”

1. Braziliya - 1928

2. İspaniya - 1915

3. İtaliya - 1771

4. Rusiya – 1739

5. Argentina – 1641

6. Portuqaliya - 1616

7. İran - 1602

8. Ukrayna – 1460

9. Yaponiya - 1413

10. AZƏRBAYCAN – 1391

 

0