“Zalsburq”un futbolçusu: Şanslarımız heç vaxt olmadığı qədərdi
28.07.2014 - 16:13
“Zalsburq”un futbolçusu: Şanslarımız heç vaxt olmadığı qədərdi

“Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir. Çünki bu turnirin bir parçası olmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun futbolçusu Kevin Kempl deyib.

 

23 yaşlı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi iddialı açıqlama verib: “Mərhələ adlamaq şanslarımız heç vaxt olmadığı qədər çoxdur. Biz indi əla formadayıq, məhsuldar oyun nümayiş etdiririk. “Qarabağ”a hörmətlə yanaşır, amma qorxmuruq. Biz Avropanın ən güclülərinə başağrı olmaq istəyirik. Mövsümə 3 oyunda 3 qələbə ilə başlamaq iddiasındayıq. Bunların ikisini qazanmışıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Zalsburq” oyunu iyulun 30-da keçiriləcək.

0