Avstriya yığmasının futbolçusu Bakıda oynamayacaq
28.07.2014 - 16:50
Avstriya yığmasının futbolçusu Bakıda oynamayacaq

Avstriyanın “Zalsburq” klubu Bakıya itki ilə gələcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi zalsburqlular futbolçularından birini itirib.

 

Belə ki, Stefan İlzanker lk qarşılaşmanı buraxmalı olacaq. 25 yaşlı yarımmüdafiəçi aya barmağından aldığı zədədən əziyyət çəkir. Avstriya millisində bu il debüt edən Stefan ən yaxşı halda gələn həftə baş tutacaq cavab oyununda forma geyəcək.

 

 

0