“Barselona”nın keçmiş qapıçısı “Bavariya”nın bazasında
28.07.2014 - 22:32
“Barselona”nın keçmiş qapıçısı “Bavariya”nın bazasında

 

“Barselona”nın keçmiş qapıçısı Viktor Valdes “Bavariya”ya keçə bilər. Apasport.az saytının məlumatına görə, o, Münhen klubunun əsas qapıçısı Manuel Noyerin əvəzedicisi kimi nəzərdən keçirilir.

 

Valdes formasını saxlaya bilmək üçün hazırda “Bavariya”nın bazasında məşq edir. Bəzi məlumatlara görə, artıq Valdesə müqavilə də təklif olunub.

 

32 yaşlı qapıçı bu yay “Barselona”nı tərk edib. O, “Monako”ya keçməyə yaxın olsa da, Fransa klubu son anda zədəli futbolçu ilə müqavilə imzalamaqdan imtina edib.

 

 

0