Ronaldinyo qovuldu
29.07.2014 - 03:10
Ronaldinyo qovuldu

“Beşiktaş”ın transfer siyahısında olan məşhur braziliyalı futbolçu Ronaldinyo “Atletiko Mineyro” klubundan qovulub. Apasport.az saytının məlumatına görə, Braziliya mətbuatı Ronaldinyonun komanda yoldaşları ilə vidalaşaraq, klubdan ayrıldığını yazıb.

 

İddiaya görə, “Atletiko” ilə dekabr ayına qədər müqaviləsi olan futbolçu nizam-intizam qaydalarını pozduğu üçün komandadan uzaqlaşdırılıb. Qeyd edək ki, komandanın idman direktoru Eduardo Maluf ötən həftə açıqlama ilə çıxış edərək, Ronaldinyonun onları aldatdığını bildirib. Malufun sözlərinə görə, Ronaldinyo portuqaliyalı ulduz Dekonun vida matçında iştirak etmək üçün komanda rəhbərliyindən icazə istəyib. Amma icazə alandan sonra, matçda iştirak etmək əvəzinə dincəlməyə üstünlük verib. İdman direktoru bunu qalmaqal kimi dəyərləndirib.

 

 

0