Mourinyo: Droqba 2 illik məzuniyyətə getmişdi
29.07.2014 - 05:20
Mourinyo: Droqba 2 illik məzuniyyətə getmişdi

 

“Qalatasaray”da 1,5 il oynayandan sonra 8 il şərəfini qoruduğu “Çelsi”yə qayıdan Didye Droqba komandanın ilk oyununa qatılıb. Apasport.az saytının məlumatına görə, futbolçu London klubunun “Olimpiya Lyublyana” ilə hazırlıq görüşünü ehtiyat oyunçular skamyasından izləyib.

 

Matçdan sonra jurnalistlərin suallarına cavab verən “Çelsi”nin baş məşqçisi Joze Mourinyo Droqbanın hazır olmadığını, amma bir müddət sonra komandaya qoşulacağını vurğulayıb. Portuqaliyalı mütəxəssis 36 yaşlı futbolçu barədə “sanki heç bir yerə getməmişdi” deyə danışıb: “Didye burada olmayanda belə, sanki ruhu buradaydı. O, “Çelsi”yə aid şəxsdir. Elə hesab edin ki, 2 illik məzuniyyətə çıxıb və geri dönüb”.

 

Mourinyo Droqbanı sadəcə onun könlünü xoş etmək üçün deyil, həm də ehtiyacları olduğu üçün geri qaytardıqlarını vurğulayıb: “Mən heyətdə müxtəlif amplualarda oynayan futbolçular görmək istəyirəm. Didye həm futbolçu, həm də bir insan kimi bizi daha da gücləndirəcək”.

 

 

0