Riberi: Saqqalım uğrunda arvadımla mübarizə aparıram - FOTO
29.07.2014 - 06:08
Riberi: Saqqalım uğrunda arvadımla mübarizə aparıram - FOTO

 

“Bavariya”nın futbolçusu Frank Riberi azarkeşlər önünə yeni imicdə çıxıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu saqqal saxlamağa başlayıb.

 

“Bavariya” Telekom Kubokunun finalında “Volfsburq”a 3:0 hesabı ilə qalib gəlib. Qollardan ikisini Robert Levandovski, birini isə Sebastyan Rode vurub. Kürəyindəki zədədən sonra ilk dəfə meydana çıxan Riberi 55 dəqiqə oynayıb.

 

Matçdan sonra açıqlama verən fransalı futbolçu imici barədə danışıb: “Bu obrazım həyat yoldaşımın çox xoşuna gəlir. Mən üzümü qırxmaq istəyirəm. O isə saqqal saxlamağımda təkid edir. Bizim aramızda əsl mübarizə gedir. Zədəmə gəldikdə, mən artıq oynaya bilirəm və bu, çox vacibdir. Mən meydana çıxmaq üçün alışıb-yanıram, amma hələlik oyun ritminə düşə bilməmişəm. Mən oynayanda, sürət və ritm çox lazımdır”.

 

 

0