Əvvəl Qurbanov, sonra Hütter
29.07.2014 - 09:07
Əvvəl Qurbanov, sonra Hütter

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Zalsburq” oyunu öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandaların baş məşqçiləri bu gün media nümayəndələri qarşısına çıxacaq.

 

Saat 20:00-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin suallarına cavab verəcək. Avstriya təmsilçisinin baş məşqçisi Adi Hütter isə 22:30-da mətbuat konfransına çıxacaq. 

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Zalsburq” oyunu saat 20:30-da başlayacaq.

0