“Qarabağ”ın legionerləri yubileyin astanasında
29.07.2014 - 12:27
“Qarabağ”ın legionerləri yubileyin astanasında

Çempionlar Liqasının III təsnifat mərhələsinin Avstriya “Zalsburq”u ilə qarşılaşmasında “Qarabağ”ın 4 futbolçusu yubiley qeyd edə bilər. Apasport.az saytının məlumatına görə, sabahkı görüşün iştirakçısı olsa, braziliyalı legionerlərdən Riçard Almeyda avrokuboklarda 10-cu, Reynaldo Çempionlar Liqasında 5-ci dəfə meydana çıxacaq.

 

Ağdam təmsilçisinin qapıçısı İbrahim Şehiç həm Çempionlar Liqasında, həm də avrokuboklarda 5-ci oyununa çıxmaq imkanı qazanıb. Komandanın zədəli kapitanı Rəşad Sadıqovun heyətə dönüşü rəsmiləşsə, müdafiəçi avrokuboklarda 50-cu matçında oynayacaq.

 

0