“Bakcell Arena”da açıq məşq
29.07.2014 - 14:30
“Bakcell Arena”da açıq məşq

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan) matçından əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyulun 31-dəki qarşılaşmadan bir gün əvvəl hər iki klubun baş məşqçisi media nümayəndələri ilə görüşəcək.

 

Saat 17:30-da “Bakcell Arena”da “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə “ağ-qaralar”ın açıq məşqi olacaq.

 

“Çixura”nın baş məşqçisi Samson Pruidzenin mətbuat konfransı isə 18:30-da başlayacaq. Gürcüstan təmsilçisinin açıq məşqi də bundan yarım saat sonraya planlaşdırılıb.

 

0