Yığmamızın rəqibinin planları açıqlandı
29.07.2014 - 16:39
Yığmamızın rəqibinin planları açıqlandı

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İtaliya millisinin yarışa hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da Norveçlə qarşılaşacaq appeninlilrə bundan 5 gün əvvəl Hollandiya ilə yoxlama matçı keçirəcək.

 

Millimizin rəqibi Baridəki həmin qarşılaşmanın hazırlığını sentyabrın 1-də başlayacaq.

 

Qeyd edək ki, İtaliya millisi yığmamızla oktyabrın 10-da qarşılaşacaq.

 

0