“Yuventus”un futbolçusu “Mançester Yunayted”ə keçir
29.07.2014 - 21:15
“Yuventus”un futbolçusu “Mançester Yunayted”ə keçir

 

Çili yığmasının və “Yuventus”un yarımmüdafiəçisi Arturo Vidal karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” çilili havbekə görə 47 milyon funt (təxminən 60 milyon avro) ödəməyə hazırdır.

 

Futbolçunun özünə ildə 10,5 milyon funt (təxminən 13 milyon avro) veriləcək. Vidalın agenti Fernando Feliçeviç “Yuventus” rəhbərliyi ilə danışıqların növbəti raundunu keçirmək üçün Turinə uçub.

 

Oyunçuya yaxın mənbə qeyd edib ki, Vidal agentinə “MY”ya keçmək arzusunu deyib. Bununla yanaşı o, transfer məsələsində “Yuventus”un istənilən qərarı ilə razılaşacağını da vurğulayıb.

 

 

0