Braziliyanın yeni baş məşqçisi: Kişi ağlamaz
29.07.2014 - 23:00
Braziliyanın yeni baş məşqçisi: Kişi ağlamaz

 

Braziliya yığmasının yeni baş məşqçisi Dunqa futbolçularla iş üsulları barədə danışıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis ilk günlərdən komandada qayda-qanunu möhkəmlətmək niyyətindədir.

 

Dunqa onun qaydalarının bir çox sahələri əhatə edəcəyini bildirib: “Mən futbolçulara saçlarını rəngləməyə icazə verməzdim. Necə ki, Neymar və Dani Alves bunu etmişdilər. Onlar bunu ya dünya çempionatından əvvəl, ya da sonra etməliydilər. Neymara gəldikdə, ona başqa iradlarım da var. Onun şəxsi sponsorlarının emblemi olan papaq geyməsi yolverilməzdir. Ancaq milli komandanın sponsorları olmalıdır. Bizim yığmamız Neymardan asılı olmayacaq. Neymar yığmadan asılı olacaq. Məsələn, futbolçuların 1/4 final oyununa onun şəkli olan formada çıxması mənim xoşuma gəlmədi. Bu, onu həmin oyunda əvəz edən futbolçulara münasibətdə doğru addım deyil. Oyun zamanı itirilmiş əsgəri ağlamağa vaxt itirmək olmaz. Söz düşmüşkən – meydanda göz yaşı tökmək də yolverilməzdir. Bunu necə istəsəniz qəbul edin – amma kişi ağlamaz”.

 

 

0