Skolari köhnə iş yerinə qayıtdı
30.07.2014 - 01:10
Skolari köhnə iş yerinə qayıtdı

 

Braziliya yığmasının keçmiş baş məşqçisi Luis Felipe Skolari özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis 18 il sonra “Qremio” klubunun sükanı arxasına keçib.

 

Skolarinin başçılıq etdiyi Braziliya yığması doğma divarlar arasında keçirilən dünya çempionatında fiaskoya uğrayıb. Braziliya yarımfinalda almanlara 7:1, üçüncü yer uğrunda matçda isə hollandlara 3:0 hesabı ilə məğlub olub. Bundan sonra komandadan qovulan Skolarini bu postda Dunqa əvəz edib.

 

“Qremio” Braziliya çempionatının 12 turundan sonra 10-cu yerdə qərarlaşıb. Komanda bir qədər öncə baş məşqçi Enderson Moreyro ilə vidalaşıb. Komandanın sosial şəbəkədəki səhifəsində bu xəbər təsdiq edilib: “Luis Felipe Skolari “Qremio”nun yeni baş məşqçisidir. O, 18 il sonra komandaya qayıdıb. Felipao, xoş gəlmisən!”

 

Skolari 1993-1996-cı illərdə “Qremo” ilə işləyib. Komanda onun başçılığı altında ölkə çempionu olub, Braziliya Kubokunu, Libertadores Kubokunu və Cənubi Amerika Rekopunu qazanıb.

 

 

0