[b]Tevesin atasını oğurlayıblar[/b]
30.07.2014 - 02:00
[b]Tevesin atasını oğurlayıblar[/b]

“Yuventus” klubunun hücumçusu Karlos Tevesin atası Xuan Alberto Kabral oğurlanıb. Apasport.az saytının məlumatına görə, cinayətkarlar onun əvəzində pul istəyirmişlər.

 

Kabral yerli vaxtla səhər saat 5 radələrində oğurlanıb. Hadisə zamanı Xuan Alberto öz avtomobili ilə Moran şəhərində olub. Sonradan avtomobil Villa Devotoda tapılıb. Cinayətkarlar Karlos Tevesin bacısı ilə telefon əlaqəsi saxlayaraq, pul tələb ediblər. Xuan Albertonun ailəsi isə polisə müraciət edib.

 

Üstündən bir neçə saat keçəndən sonra Kabral azad edilib. Onun hansı şəraitdə və necə azad edildiyi açıqlanmır. Tevesin ailəsi artıq cinayətkarlara pul verməyə hazırlaşırmış. Turindən Argentinaya uçmağa hazırlaşan futbolçu isə İtaliyada qalıb.

 

Qeyd edək ki, Xuan Alberto Kabral Tevesin doğma atası deyil. O, futbolçunu uşaq olarkən oğulluğa götürüb.

 

 

0