Del Boske: İspaniya yığmasına inqilab lazım deyil
30.07.2014 - 03:05
Del Boske: İspaniya yığmasına inqilab lazım deyil

 

İspaniya yığmasının baş məşqçisi Visente del Boske millinin gələcəyi ilə bağlı danışıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis komandanın tərkibinin radikal şəkildə dəyişməsinin əleyhinə çıxıb.

 

2010-cu ilin dünya çempionu olan İspaniya millisi gözlənilmədən qrupdan çıxa bilməyib. Buna baxmayaraq, İspaniya Futbol Federasiyası del Boske ilə işləməkdə davam etmək qərarı verib. Mütəxəssis onları qarşıda çətin seçim və oyunlar gözlədiyini vurğulayıb: “Bizi komanda ilə hansı yolu qət etmək lazım olacağını bilmirəm. Bu inqilabi də ola bilər, təkamül də. 2010 və 2012-ci illərdə olduğu kimi, bu komandada da indiki heyətdən xeyli oyunçu qalacaq. Ona görə də, bizə inqilab lazım olduğunu düşünmürəm. Biz özümüzü başqalarından yaxşı hesab etdiyimiz üçün uduzmadıq. Biz futbol səbəblərindən uduzduq. Həmişə səndən daha yaxşısı var. Depressiyanı və bəxtimizin gətirməməsi barədə söhbətləri bir kənara atmalıyıq. Bizim necə yaxşı oynamaqla bağlı ideyalarımız var”.

 

 

0