Sabella Argentina yığmasını tərk etdi
30.07.2014 - 04:16
Sabella Argentina yığmasını tərk etdi

Argentina yığmasının baş məşqçisi Alexandro Sabella postunu tərk edib. Apasport.az saytının məlumatına görə, mütəxəssis qərarını Argentina Futbol Assosiasiyasının prezidenti Xulio Qrondoneyə çatdırıb.

 

Sabella Argentina yığmasına 2011-ci ildən başçılıq edir. Argentina millisi onun başçılığı altında dünya çempionatında ikinci yeri tutub. Komanda finalda əlavə olunmuş vaxtda Almaniya millisinə 1:0 hesabı ilə məğlub olub.

 

Maraqlıdır ki, Sabella müstəqil məşqçilik fəaliyyətinə 2009-cu ildə başlayıb. O, ilk dəfə “Estudiantes” klubuna rəhbərlik edib. Buna qədər isə Daniel Pasarellanın köməkçisi olub.

 

 

0