İbrahimoviçdən növbəti möhtəşəm qol - VİDEO
30.07.2014 - 06:03
İbrahimoviçdən növbəti möhtəşəm qol - VİDEO

 

PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə pərəstişkarlarını gözəl qolla sevindirib. Apasport.az saytının məlumatına görə, bu dəfə o, məşq zamanı möhtəşəm qol vurub.

 

PSJ hazırda Honkonqda təlim-məşq toplanışındadır. İbrahimoviç məşq zamanı rəqibin cərimə meydanına ötürülən topa şığıyıb, təxminən 2 metr hündürlüyə tullanaraq, dabanı ilə qol vurub. Bu zaman o, arxası qapıya doğru olub və qapıçıya belə baxmayıb.

 

 

0