Suares dərddən dağa çıxıb
30.07.2014 - 06:55
Suares dərddən dağa çıxıb

 

“Barselona”nın yeni transferi Luis Suares Piriney dağlarında məşq edir. Apasport.az saytının məlumatına görə, diskvalifikasiya səbəbindən komanda ilə bir yerdə məşq edə bilməyən futbolçu fiziki formasını saxlamaq üçün bu yolu seçib.

 

Suares ötən həftədən etibarən şəxsi məşqçisi ilə bərabər dağlarda mövsümə hazırlıqlara başlayıb. Qeyd edək ki, məşq dəniz səviyyəsindən 2483 metr yüksəklikdə keçirilir.

 

Xatırladaq ki, FİFA dünya çempionatında rəqibini dişləyən Suaresə 4 ay müddətinə futbolla bağlı bütün istənilən fəaliyyəti qadağan edib. Avqust ayının ortalarında Lozannadakı İdman Arbitraj Məhkəməsi “Barselona” klubunun apelyasiyasına baxacaq. Məhkəmə cəzanı yüngülləşdirməsə, Suares oktyabrın 26-na kimi komandasına qoşula bilməyəcək.

 

 

0