“Neftçi” 3500-ü keçdi
30.07.2014 - 08:03
“Neftçi” 3500-ü keçdi

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının bilet satışının ilk iki gününün nəticələri bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstan təmsilçilərinin qarşılaşmasına artıq 3500 bilet satılıb.

 

II mərhələnin Sloveniya “Koper”i ilə görüşünə 9500 azarkeş toplayan bakılıların həmin göstəricini arxada qoyacağı gözlənilir. “Neftçi” sabahkı ev oyununu da "Bakcell Arena"da keçirəcək.

 

Qeyd edək ki, adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır.

 

0