Ruslan Əmircanov: Bunun xeyrini görürük
30.07.2014 - 08:14
Ruslan Əmircanov: Bunun xeyrini görürük

"Komandanın hazırkı durumunun yaxşı olduğunu söyləmək mümkündür. "Qəbələ" Hollandiya toplanışı boyunca keçirdiyi sınaq matçlarında güclü klublarla başa-baş mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Ruslan Əmircanov deyib.

 

Komandasının yeni transferi klubun rəsmi saytına açıqlamasında Hollandiya toplanışını dəyərləndirib: “90 dəqiqə boyunca rəqibləri ilə məzmunlu oyun göstərdi. Bu da komandanın həm fiziki, həm də psixoloji cəhətdən irəliyə doğru böyük addım atdığını deməyə əsas verir. Heyətdəki bütün futbolçuların və məşqçi heyətinin hazırlıq prosesinə ciddi yanaşması, məşqlərdə gərgin çalışması öz nəticəsini verir. Baş məşqçi meydançada da, kənarda da intizama hədsiz önəm verir. Biz də bunun xeyrini görürük. Keçirdiyimiz oyunlarda komandanın güclü və zəif tərəflərini müşahidə etdik. "İnter"lə oyuna qədər çatışmayan tərəflərimiz üzərində işləyib qarşılaşmaya tam hazır olacağıq".

 

0