3 qol, 3 qırmızı vərəqə: "Qarabağ"dan çətin qələbə
30.07.2014 - 21:20
3 qol, 3 qırmızı vərəqə: "Qarabağ"dan çətin qələbə

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gün III təsnifat mərhələsinin ilk oyununa çıxıb.

 

Qurban Qurbanovun yetirmələri bu mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Gərgin keçən oyun 2:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

30 iyul

“Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya) - 2:1

Qollar: Dias, 2; Reynaldo, 86 - Soriano, 77

Qırmızı vərəqələr: Teli, 42; Reynaldo, 88 - Şveqler 34

Baş hakim: Sergey Boyko

Bakı. T.Bəhramov adına Respublika stadionu

QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 9. Reynaldo, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 14. Rəşad Sadıqov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.

 

ZALSBURQ: 31. Peter Qulaç, 6. Kristian Şveqler, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 8. Nabi Keyta, 10. Sadio Mane, 24. Kristof Leytqeb, 44. Kevin Kampl, 7. Marsel Zabitser, 26. Conatan Soriano.

Ehtiyat oyunçular: 33. Aleksander Valke, 4. Peter Ankersen, 15. Frants Şyemer, 29. Rodney, 37. Valentino Lazaro, 77. Massimo Bruno, 42. Nils Kaşner.
Baş məşqçi: Adolf Hütter.

 

0