Çempionalr Liqasının III təsnifat mərhələsinin ilk oyunları - YENİLƏNİB
31.07.2014 - 00:45
Çempionalr Liqasının III təsnifat mərhələsinin ilk oyunları - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 3 oyunu dünən keçirilən mərhələnin 12 qarşılaşması baş tutub.

 

Azərbaycan çempionu “Qarabağ”ın “Zalsburq”la qarşılaşdığl günün ilk matçı Qazaxıstanda keçirilib. “Aktobe”nin “Styaua”ilə görüşü günün ilk oyunu olub.

 

Türkiyə təmsilçisi “Beşiktaş”ın da oyununa maraq az deyil. İstanbul təmsilçisini səfərdə “Feyenoord”la qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

 

Postsovet məkanı təmsilçilərindən “Zenit” səfərdə, “Dnepr” evdə güclü rəqiblə qarşılaşıb. Rusiyalılar Kiprdə AEL-in qonağı olub. Ukrayna təmsilçisi isə Danimarka “Kopenhagen”ini qəbul edib.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

30 iyul

“Aktobe” (Qazaxıstan) - “Styaua” (Rumıniya) - 2:2

“QARABAĞ” (AZƏRBAYCAN) - “Zalsburq” (Avstriya) - 2:1

HİK (Finlandiya) - APOEL (Kipr) - 2:2

AEL (Kipr) - “Zenit” (Rusiya) - 1:0

“Dnepr” (Ukrayna) - “Kopenhagen” (Danimarka) - 0:0

“Qrasshoppers” (İsveçrə) - “Lill” (Fransa) - 0:2

“Standard” (Belçika) - “Panatinaikos” (Yunanıstan) - 0:0

“Feyenoord” (Hollandiya) - “Beşiktaş” (Türkiyə) - 1:2

“Ludoqorets” (Bolqarıstan) - “Partizan” (Serbiya) - 0:0

“Olborq” (Danimarka) - “Dinamo” (Xorvatiya) - 0:1

“Maribor” (Slovaniya) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:0

“Legiya” (Polşa) - “Seltik” (Şotlandiya) - 4:1
 

 

0