[b]Çempionlar Liqasında reqlament dəyişikliyi təsdiqləndi[/b]
30.07.2014 - 10:50
[b]Çempionlar Liqasında reqlament dəyişikliyi təsdiqləndi[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqasının yeni mövsümünün reqlamentini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin əsasnaməsində dəyişiklik edilib.

 

Yeniliyə əsasən, 2014/2015 mövsümünün qrup mərhələsində komandalar turnir cədvəlində xallarına görə deyil, qələbələrinə görə sıralanacaq. Bu da onunla bağlıdır ki, hazırda qüvvədə olana “İtaliya sistemi” heç də həmişə ədalətli olmur.

 

Belə ki, həmin sistem qələbəyə 3, tay-brekdə qələbəyə 2, 5 setdə məğlubiyyətə 1 xal verir. Burada isə az qalib gələn komanda qələbə sayında ondan üstün olan rəqibini qabaqlaya bilir. Məsələn, qrupdakı 6 oyunun hamısını 2:3 hesabı ilə uduzan bir komanda 2 belə qələbəsi olan klubu arxada qoyur. Bu səbəbdən də reqlamentdə dəyişiklik edən CEV-in qərarına əsasən xallara yalnız qələbə sayı bərabər olduqda baxılacaq. Əgər həm qələbə, həm xal sayı bərabər olsa, əvvəl set, ardınca top nisbəti, ən sonda isə şəxsi görüşlərə baxılacaq.

 

Bundan başqa qərara alınıb ki, yeni mövsümün bütün oyunları xüsusi olaraq bu turnir üçün Yaponiyada istehsal olunan yeni sarı-yaşıl toplarla oynanılacaq. Həmçinin, bütün liberolar yaşıl forma geyinəcək. Yalnız bir halda istisna mümkündür ki, yaşıl formada meydana çıxacaq komandanın liberosu sarı geyinə bilər. Bu da topun rənglərini təcəssüm edir.

 

Bundan əlavə, bütün komandalar FİVB və CEV-in təsdiqlədiyi “Chelenc” videonəzarət sistemindən istifadə etməlidir.

0