“Azərbaycan çempionundan istifadə etməliyəm”
30.07.2014 - 11:45
“Azərbaycan çempionundan istifadə etməliyəm”

“Rabitə”nin yeni transferi Heyli Yakob Bakı klubuna keçidinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, amerikalı libero Azərbaycan çempionu ilə 3 illik müqavilə bağlamasını yüksək qiymətləndirib.

 

Həmyerlisi Kayla Banvertın “İqtisadçı”ya icarəyə verildiyindən Brenda Kastilyonun əvəzləyicisi olacaq Yakob “Rabitə” ilə uğur qazanacağına inanır. Onun sözlərinə görə, Azərbaycan çempionundan gözlədikləri var: “Karyeramda ən yaxşı nəticələri qazanmaq istəyirəm. Bunun üçün həmişə çalışıram, işləyirəm. Hədəflərim həmişə yüksəkdir. Artıq yeni klubumdayam. Bu, mənim üçün yeni bir qapıdır və bundan istifadə etməliyəm. Açığı, Bakı klubunda da səylə işləyib, daha da inkişaf etmək istəyirəm. Bunun müqabilində də komandamın uğur qazanması üçün bacardığım qədər köməyimi əsirgəməyəcəm. “Rabitə” ilə daha çox nəticələrə yiyələnmək pis olmazdı”.

 

Azərbaycan çempionu yeni mövsümün startını səbirsizliklə gözlədiyini deyib: “Çox səbirsizliklə oyunların startını gözləyirəm. Ümid edirəm ki, komandam üçün uğurlu olacağam. Xüsusilə də Çempionlar Liqası kimi böyük yarışda debütü gözləmək adamı lap səbirsiz edir”.

0