“Simurq”un son oyunu baş tutmadı
31.07.2014 - 08:05
“Simurq”un son oyunu baş tutmadı

Avstriyada təlim-məşq toplanışında olan “Simurq”un planları pozulub. Apasport.az xəbər verir ki, Zaqatala təmsilçisi İngiltərənin köklü klublarından olan “Fulhem”lə növbəti yoxlama görüşü baş tutmayıb.

 

Komandalar iyulun 30-da üz-üzə gəlməli olsa da, qarılaşmanın keçirilməsi mümkün olmayıb. Amma son mövsümdə Premyer Liqada 19-cu yeri tutub ikinci liqaya yuvarlanan Britaniya təmsilçisi ilə qarşılaşma baş tutmayıb. Buna pis hava şəraiti səbəb olub.

 

Qeyd edək ki, "Simurq" Avstriyadakı ilk sınaq matçını Hayfa "Makkabi"sinə (İsrail) qarşı keçirmişdi və  0:2 hesabı ilə uduzmuşdu. İkinci matçında Albaniyanın "Teuta" klubu ilə üz-üzə gələn zaqatalalılar (0:0) rəqibi ilə heç-heçə etmişdi.  Rusiyanın "Amkar" klubu ilə isə Georgi Çıxradzenin yetirmələri üçün 1:4 hesablı məğlubiyyətlə başa çatmışdı.

 

0