Adolf Hütter: Reynaldonun meydandan qovulması bizim üçün üstünlükdür
30.07.2014 - 22:12
Adolf Hütter: Reynaldonun meydandan qovulması bizim üçün üstünlükdür

“Zalzburq”un baş məşqçisi Adolf Hütter “Qarabağ”la oyundan sonra jurnalistlərə açıqlama verib. Apasport.az saytının məlumatına görə, avstriyalı mütəxəssis komandamızı tərifləyib.

 

Adolf Hütter öncə “Qarabağ”ı qələbə münasibətilə təbrik edib: “Əzmkarlıq göstərdilər. İkinci hissədə bizim qol şanslarımız olsa da, onlar qələbə qazandı. Əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Reynaldo isə əlinə düşən şansı qola çevirdi. “Qarabağ erkən qol vurdu və sonra biz qırmızı vərəqə aldıq. İstəmədim ki, azlıqda qaldıqdan sonra hücum edək və yenə qol buraxaq. İkini hissədə isə say bərabərləşdikdən sonra daha yaxşı oynamağa başladıq. Düşünmürəm ki, səhv taktika ilə oynadıq. “Qarabağ” bu oyunla sübut etdi ki, yaxşı komandadır. Amma biz də növbəti mərhələyə adlamaq istəyirik. Bu geriliyi aradan qaldırmağa çalışacağıq. Birini hissədən narazı qaldım. İlk yarıda Qarabağ bizi üstələdi. Amma ikini hissə fərqli oldu. “Qarabağ”ın çıxış etdiyi Azərbaycan Premyer Liqası ilə Avstriya çempionatı arasında fərq böyük olsa da, hər iki komanda ölkəsinin çempionudur. Oyun bərabər getdi. Buraxdığımız səhvləri müəyyən etmişəm. İkini oyunda bunları aradan qaldıracağıq.

 

Hakimlik haqqında isə danışmaq istəmirəm. Reynaldonun meydandan qovulmağı bizim üçün üstünlükdür. O gələn matçda oynamayacaq. Hakim 3 qırmızı vərəq verdi və birini bizim futbolçumuza göstərdi. Admir Teliyə verilən qırmızı vərəqə haqlı idi. Amma bizim futbolçumuza və Reynaldoya göstərilən vərəqələri bağışlamaq olardı".
 

Hütter futbolçularının azarkeşlərə qarşı qeyri-etik hərəkətlər etməsi barədə də danışıb: “Bizim fərqli mentalitetlərimiz var. Futbolçularımın qeyri-etik hərəkətinə səbəb butulkan atılması idi. Mən qeyri-etik hərəkət kimin etdiyini dəqiq görmədim. Eyni hal Avstriyada da yaşana bilər və bizim azarkeşlər onları başa düşərlər.Mən artıq ikinci dəfədir ki, burada oluram. İnsanlara münasibətim yaxşıdır. Amma bizə atılan butulkanı başa düşmədim".

 

 

0