“Borussiya”nın lideri Avropa nəhənglərinin siyahısında
31.07.2014 - 01:25
“Borussiya”nın lideri Avropa nəhənglərinin siyahısında

Avropanın bir neçə böyük klubu Dortmund “Borussiya”sının lideri Marko Roysu almaq istədiklərini bildiriblər. Apasport.az saytının məlumatına görə, potensial alıcılar siyahısında “Mançester Yunayted”, “Barselona” və “Bavariya”nın adı var.

 

Marko Roys “Borussiya”nın müqaviləni uzatmaq təklifini rədd edəndən dərhal sonra klublar aktivləşiblər. Qeyd edək ki, Roysun hazırkı müqaviləsi 2016/2017-ci illər mövsümünün sonunda başa çatır. Onun hazırkı transfer qiymətinin 35 milyon avro olduğu bildirilir.

 

0