“Roma” “Real”a qalib gəldi
31.07.2014 - 04:15
“Roma” “Real”a qalib gəldi

 

İtaliyanın “Roma” klubu “Real Madrid”ə qalib gəlib. Apasport.az saytının məlumatına görə, oyun ABŞ-da keçirilən “Beynəlxalq çempionlar kuboku” turniri çərçivəsində baş tutub.

 

Dallasda keçirilən oyun 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 58-ci dəqiqədə Françesko Totti vurub. Digər oyunda “Mançester Yunayted” “İnter”ə penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəlib. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. A qrupunun son oyununda “Roma” “İnter”lə, “Mançester Yunayted” isə “Real”la oynayacaq.

 

Bu qrupda 5 xal toplayan “MY” liderdir. “Roma” və “İnter”in hərəyə 3 xalı var. “Real” isə cəmi 1 xal toplaya bilib. B qrupunda isə “Mançester Siti” və “Liverpul” hərəyə 3 xal toplayıblar və bir-biri ilə görüşəcəklər. Bundan əlavə, Yunanıstan “Olimpiakos”unun da 3 xalı var. “Milan” isə bütün şanslarını itirib. İtaliya komandası keçirdiyi hər iki oyunda uduzub.

 

Turnirin formatına görə, qrup mərhələsindən dərhal sonra final keçirilir. Finalda A və B qruplarının qalibləri oynayırlar.

 

 

0