Lukaku “Çelsi”dən “Everton”a keçdi
31.07.2014 - 06:48
Lukaku “Çelsi”dən “Everton”a keçdi

 

Belçika millisinin hücumçusu Romelu Lukaku “Çelsi”dən “Everton”a keçib. Apasport.az saytının məlumatına görə, oyunçunun transferi 35 milyon avroya başa gəlib.

 

Oyununun keçidi barədə xüsusi mətbuat konfransı zamanı bildirilib. Qeyd edək ki, Lukaku ötən mövsüm “Everton”da icarə əsasında oynayıb. Liverpul klubu bu mövsüm onu almaq qərarına gəlib. Oyunçunun klubla 5 illik müqavilə bağladığı bildirilir.

 

Lukaku bu keçidə şad olduğunu vurğulayıb: “Mən oynamaq istəyirəm və “Everton” kimi böyük klubun bir hissəsi olacağıma xoşbəxtəm. Burada daha yaxşı olacağıma əminəm. Roberto futbolu yaxşı bilir və onun başçılığı altında daha böyük xeyir verə bilərəm. Mənim “Çelsi”yə qarşı mənfi hisslərim yoxdur. Onların sayəsində İngiltərəyə köçmüşəm. İndiiisə gələcəyim “Everton”la bağlıdır”.

 

 

0