“Neftçi” yenə qələbəyə həsrət qaldı
31.07.2014 - 20:55
“Neftçi” yenə qələbəyə həsrət qaldı

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” növbəti sınağına çıxıb.

 

“Ağ-qaralar”ın rəqibi Gürcüstanın “Çixura” klubudur.  Oyun 0:0 hesablı bərabərliklə başa çatıb.

 

Türkiyədəki hazırlıq prosesində bu komanda ilə 2 dəfə qarşılaşan “Neftçi” rəqibini məğlub edə bilməmişdi – 2:3, 1:1. 

 

Belə ki, 2 il əvvəl Çempionlar Liqasında Gürcüstanın digər klubu “Zestafoni”ni 3:0 hesabı ilə məğlub edən bakılılar avrokuboklarda öz meydanında qalib gələ bilmir. Mərhələ keçmək istəyində olan “Neftçi” 7 oyunluq sindromu qırmaq iddiasındadı.

 

Qeyd edək ki, Avropa Liqasındakı digər Azərbaycan klublarından “Qəbələ” I, “İnter” II təsnifat mərhələsində mübarizəni dayandırıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

31 iyul

 

“Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan) - 0:0

Baş hakim: Kristian Balay

Bakı. “Bakcell Arena” stadionu

 

NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 25. Cavid İmamverdiyev, 95. Elvin Bədəlov, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Böyükağa Hacıyev.


ÇİXURA: 25. Maksime Kvilitaya, 8. Georgi Kimadze, 37. Şota Kaşiya, 80. Georgi Rexviaşvili, 7. Jambul Jigauri, 15. Georgi Koripadze, 26. Georgi Datunaişvili, 49. David Odikadze (k), 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 51. Besik Dekanoidze.

Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 5. Laşa Txelidze, 24. Laşa Çikvaidze, 23. Aleksandr İvanişvili, 27. Qiqa Beçvaya, 11. Tornike Mumladze, 71. Temur Nadiradze.

Baş məşqçi: Samson Pruidze.

0