Azərbaycan çempionu Yaponiya ilə oyuna çağırıldı
31.07.2014 - 10:36
Azərbaycan çempionu Yaponiya ilə oyuna çağırıldı

Qadın voleybolçulardan ibarət ABŞ millisinin heyət açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Karç Kirali Dünya Qran-Prisinin Ankara mərhələsi üçün müəyyənləşdirdiyi heyətə Azərbaycan Super Liqasından 2 oyunçu daxil edib.

 

Belə ki, 2013-cü ildə “Rabitə” ilə Azərbaycan çempionu olan, son mövsümü zədə səbəbindən boşa verən Foluke Akinradevo millidəki yerini qaytarıb. Yeni mövsümdə də Bakı təmsilçisinin şərəfini qoruyacaq blokçunun əsas heyətdə yer alacağı da gözlənilir.

 

Amerikalıların müdafiə xəttində də “Rabitə”nin oyunçusu Kayla Banvart yer alacaq. Hazırda “İqtisadçı”ya icarəyə verilən libero “Lokomotiv”in sabiq voleybolçusu Nikol Devislə bir-birini əvəz edəcək.

 

Toppaylayıcılar: Alişa Qlass, Kourteni Tompson

Blokçular: Lauren Gibbemeyer, Foluke Akinradevo, Tetori Dikson, Reyçel Adams

Hücumçular: Kelli Murfi, Alesis Klineman, Kristin Hildebrand, Kim Hill, Kelsi Robinson, Kassidi Lixtman

Liberolar: Kayla Banvart, Nikol Devis

 

Qeyd edək ki, ABŞ millisi Qran-Prinin Ankara mərhələsində Yaponiya, Türkiyə və Rusiya ilə oynayacaq. 

0