“Çixura”nın müdafiəçisi “Neftçi”yə səsləndi: “Bursaspor” da çox güclü idi
31.07.2014 - 10:48
“Çixura”nın müdafiəçisi “Neftçi”yə səsləndi: “Bursaspor” da çox güclü idi

“Neftçi” yaxşı komandadı. Onların necə oynadığını bilirik. Həmçinin, Avropa təcrübəsinə malikdirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Çixura”nın müdafiəçisi Laşa Çikvaidze deyib.

 

Bu gün Avroliqanın III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Gürcüstan klubunun futbolçusu matç haqqında fikirlərini bildirib: “Düzdü, rəqibimiz daha şanslıdı. Amma biz mərhələ adlamaq istəyirik. “Neftçi”nin heyətindəki futbolçuların gücünü də bilirik. Flavinyo, Karlos Kardoso, Bruno Berutççi kimi oyunçuları var. Heyət baxımından rəqib zəngindi. Amma “Bursaspor” da çox güclü komanda idi. Onların məğlub edib, mərhələ adlaya bildik. İnanıram ki, eyni şeyi “Neftçi” ilə oyunda da bacaracağıq”.

0