[b]“Neftçi”: Uğurlu ənənə və yenilik[/b]
31.07.2014 - 14:01
[b]“Neftçi”: Uğurlu ənənə və yenilik[/b]

“Neftçi” tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinin oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” üçün yenilik bu gün gerçəkləşəcək. Bakılılar Gürcüstan “Çixura”sı ilə görüşəcəklər.

 

Paytaxt təmsilçisi Çempionlar Liqasında III təsnifat mərhələsində oynasa da, daha zəif yarış olan Avropa Liqasında buna nail olmayıb. Baxmayaraq ki, bu turnirin pley-offunda qalib gələn və qrup mərhələsində çıxış edən yeganə Azərbaycan təmsilçisi məhz “Neftçi”dir.

 

Əvvəl UEFA kuboku adlanan Avropa Liqasında isə pley-offun bir addımlığında yalnız “Qarabağ” olub. Ağdamlılar 2009/10, 2010/11, 2011/12 və 2013/14 mövsümlərində III təsnifat mərhələsində oynayıb. Bunların yalnız birində - 3 il əvvəl təmsilçimiz pley-offa yüksələ bilməyib.

 

Avropa Liqasının III təsnifat mərhələsində baş tutan 8 oyundan 7-də Azərbaycan klubu qalib gəlib. Yeganə məğlubiyyət isə səfərdə “Brügge” ilə matça təsadüf edib – 1:4. Bu mərhələdəki bütün ev oyunlarında isə qələbə qazanıb. “Neftçi” bu uğurlu ənənəni 5 qələbəyə çatdırmaq üçün “Bakcell Arena”da qalib gəlməlidir.

0